Real zaman zehniyyətdir. Sosial media isə onun aləti - David Meerman Scott
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

İnternet reklamı

"Facebook Messenger"-də reklam dövrü başlayır.30 Yanvar, 2017

Ən çox istifadə edilən mesajlaşma proqramlarından biri olan Messenger-də reklam dövrü başlayır. Firma, bu reklamları Tayland və Avstraliyada test etməyə başlayacaq.

Messenger blog'da Facebook rəsmisi  Eddie Zhang, Messengerdə Reklam gösteriminin necə bir müvəffəqiyyət qazanacağını görə bilmək üçün, Avstraliya və Taylandda kiçik bir test müddəti başlatdıqlarını açıqlayıb. Test müddətində istifadəçilər, önümüzdəki həftələrdə Messenger tətbiqini açdığında müəyyən intervallarda yerləşdirilmiş reklamlar ilə qarşılaşacaq.

Messenger tətbiqinin əsas ekranında "Sponsor" məzmunlu başlığ altında yerləşdiriləcək reklamlara tıkladığınızda, o reklamın söhbət içində görünməsinə də icazə vermiş olacaqsınız.

Facebook, test müddəti ərzində istifadəçilərdən gələn reaksiyalara və ya təkliflərə görə reklam nümayişi sahələrində və ya şəkillərində dəyişikliklər edə biləcək. Ayrıca reklamlar istifadəçilərin fərdi profillərinə görə  onların seçim və zövqlərinə uyğun yerləşdiriləcək.

Tətbiqin Facebook-un bir parçası halına gəlib gəlməyəcəyi ya da başqa ölkələrdə də istifadə edilib edilməyəcəyi barədə məlumat verilməyib.

Baxışların sayı: 149