“Böyük ideyalar-adətən sadə ideyalardır.” - D. Ogilvi
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

İnternet reklamı

Viral reklam nədir ? - (Reklam dərsləri silsiləsindən)16 Fevral, 2017

Viral Reklam Nədir?

Viral reklam, standart reklamlardan çox daha fərqli quruluşda və ümumiyyətlə sanki "reklam deyilmiş" kimi hazırlanan reklamlara deyilir.

Viral reklam, virusa bənzədilən və özbaşına yayılan bir reklam növüdür. Reklamın maraqlı olması və sensasiyalı xəbər statusunda olması , onun sürətlə paylaşılmasını və yayılmasını təmin edir. Viral reklam tətbiqində əsl məqsədin sanki məhsulu tanıtmaq deyil hadisəni izah etmək olduğu təəssüratı verilir. Bu xüsusiyyəti ilə virusa bənzədildiyi üçün adı viral reklam olmuşdur.

Viral reklam, satılan bir yeni məhsulun müştərilər vasitəsi ilə ağızdan ağıza təriflənərək ötürüldüyü  satış  ilə çox bənzər bir quruluşa malikdir. Ən əhəmiyyətli fərqi isə viral reklamların yayılma sürətinin  99%-i  internetdən asılı olmasıdır.

Viral reklamın istifadə olunduğu məkan: ən çox video paylaşma saytlarının payına düşür. Bununla birlikdə twitter adlı sosial paylaşma platforması viral reklam üçün çox təsirli bir zəmin olaraq istifadə edilməkdədir. Twitter fəaliyyət formasına baxdığımız  zaman Twit atmaq (cikkildəmək, dedi-qodu etmək) ağızdan ağıza yaymaq mənasını verir. Bunların xaricində bütün sosial paylaşma platformaları  yenə viral reklam üçün uyğun məkanlardır.

Viral reklam firma və ya istifadəçi tərəfindən senariləşdirilə bilir. Bu örnəyi  iki şəkildə görə bilərik. İstifadə etdiyi məhsul ilə əlaqədar yaşadığı maraqlı təcrübəni paylaşan könüllü istifadəçinin yaratdığı viral reklamlar və firmaların senariləşdirdiyi və  maraqla izlənilən  reklamlar. Bəzən istifadəçi tamamilə təsadüfi olaraq viral reklamın meydana gəlməsinə da səbəb ola bilər. Bir çox  şirkətlər  isə professional çəkiliş qrupuna  qısa video çarx  çəkib  viral quruluşda reklam hazırlamaları  üçün külli miqdarda pul ödəyirlər.

Bütün bunlardan əlavə olaraq bəzən bir mesaj belə viral reklam effekti göstərə bilər. Nəzəri olaraq viral nə demək olduğunu anladıq. İndi isə nümunələrə baxaq.

Keçmiş sevgilisinin fotoaparatını  gittigidiyor.com `da satmaq qərarına gələn qızın intiqam videosunu yəqin ki bir çoxları xatırlayır. İlk görəndə bunun sadəcə bir intiqam videosu olduğunu zənn etmişdik, elə deyilmi? Halbuki ortada satılan bir məhsul vardı və bu məhsul üçün heç tanımadığımız bir insanın seçdiyi bazar birbaşa  “gittigidiyor.com”  ünvanıydı.

 Yəni biz, aldadılan Nərgizin, guya necə intiqam aldığını izləyərkən əslində gittigidiyor.com `un reklamını izləyirik.

 

Başqa bir örnəyimiz isə  Samsung`un virus reklamıdır. 

Samsung tabletini video çəkiliş rejimində arxa cibinə qoyan  xanımın  guya arxasınca budunu çimdikləyən  insanları qeydə alaraq youtubeyə atdığı video  əslində: Samsung Tablet üçün hazırlanmış virus reklamı idi.

Baxışların sayı: 330