Fəaliyyətində yaradıcılıq və eksperimentlərdən hec vaxt çəkinmə - Mike Volpe
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

İnternet reklamı

O, Youtube`nin qorxulu kabusuna çevrilib.23 Fevral, 2017

Youtube portalında  30 saniyə ərzində videolara baxmağı yubandıran və istifadəçiləri bir müddət sonra yoran Reklamların 2018-də portaldan qaldırılacağı bildirib. Google`ın nümayəndəsi "2018-ci ildən etibarən 30 saniyəlik  reklamları dayandırırıq və həm istifadəçilər, həm də reklam verənlərin işinə yarayacaq formatlara keçəcəyik" deyərək Youtube`nin yeni qərarlarından bəhs edib. Youtube, ötən ilin Aprel ayında istifadəçilərinə təqdim etdiyi 6 saniyə müddətli reklam formatından sonrakı illərdə daha geniş istifadə etməyi planlaşdırır.

Born Social`dan Callum Mccahon, Youtube`nin yeni qərarını şərh edərək bildirib ki bu addım, Facebook`un video portalının inkişaf etdirməsi və bunun da gələcəkdə brendlərin Youtube-dən gedə biləcəyi qorxusundan atılıb. " Hamıya məlumdur  ki, videolar Facebookun yol xəritəsinin nüvəsini təşkil edir. Brendlər Facebooka hər gün bir az daha yaxınlaşdığı üçün Youtube haqlı olaraq təlaş keçirir".

 

Baxışların sayı: 187