Fəaliyyətində yaradıcılıq və eksperimentlərdən hec vaxt çəkinmə - Mike Volpe
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Küçə reklamı

"Bəsdir-bəsdir yalan danışdız !"02 Oktyabr, 2015

ABŞ-ın açıq hava reklamı ilə məşğul olan müstəqil reklam agentlikləri, müştərək olaraq yeni bir kampaniyaya start veriblər. Nyu-Yorkda keçirilən "Advertising Week" -in başlanması ilə eyni günə təsadüf edən kampaniya  rəqəmsal reklamçılığın yüksəlişi qarşısında getdikcə zəifləyən və sektordan tamamilə çıxmaq təhlükəsi ilə üzıəşən məcranın,  gerçək həyatla əlaqəsinə diqqət yetirən aksiyanın şüarı belədir: "Bu reklamı həqiqi insanlar görür"!

   

Xüsusilə rəqəmsal reklamçılıqda ən aktual problemlərə və xususən  istifadəçilərin  mobil cihazlarının  spam və viruslara yoluxdurma  hallarına, reklamların  səhifənin istifadəçi tərəfindən görülməyən  hissələrində yerləşdirilmələrinə, internet səhifələrdə gedən reklamların istifadəçilərin vaxtını almağına və s. problemlərə diqqət çəkən  kampaniya təşkilatçıları,  media planlama  ilə məşğul olan hər kəsi açıq hava reklamçılığına güvənməyə və reklam sektorunun  bu sahəsinin inkişaf  etdirilməsinə dəstək verməyə  çağırır.

ABŞ Açıq Hava Reklam Agentiləri Dərnəyi tərəfindən həyata keçirilən kampaniya "Feel the Real" (həqiqəti hiss et) adını daşıyır. Aksiya elanları isə  "Bu reklam həqiqətdir", "Gerçək bir reklamı istifadə edirsiz" "Siz həqiqətsiniz ""Media planlamacılar, həqiqətlə probleminiz var ?" kimi mətnlərdən ibarətdir. Bəzi elanlar isə birbaşa reklam agentliklərinin rəsmilərinə müraciət edir; Məsələn Oqilvi & Mather-in Nyu-York ofisinin qarşısında yerləşdirilən bir elanda  " Ey Şelli, bu reklam sənə həqiqət kimi gəlir ? " sualıyla agentliyin idarə heyətinin keçmiş rəhbəri Shelly Lazarusu tənqid ediblər.

Mənbə: mediacatonline.com

Baxışların sayı: 272