“Böyük ideyalar-adətən sadə ideyalardır.” - D. Ogilvi
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Küçə reklamı

2015-in 10 ən yaxşı küçə reklamı30 Dekabr, 2015

Keçdiyimiz həftələrdə ilin ən yaxşı 10 reklamını açıqlayan tanınmış reklam portalı  Adweek,  bu dəfə 2015-ci ilin ən yaxşı 10 küçə reklamını seçib. Geridə qalan ilin ən yaxşı 10 küçə reklamı bunlardır.

 

 

 

 

Reklamverən: Women’s Aid
Reklam Agentliyi: WCRS

Women’s Aid ve Ocean Outdoor, Dünya Qadınlar günündə, qadına qarşı  şiddətə diqqət çəkən bir açıq hava sosial reklam kampaniyası həyata keçirdi.Reklam bilbordunda təsvir olunmuş yaralı qadına baxan adamların sayı artdıqca onun üzündəki yaralar getdikcə yoxa çıxmağa başlayır.

 

Reklamverən: Apple
Reklam Agentliyi:
 TBWA\Media Arts Lab

Apple ilin ən çox səs gətirən açıq hava reklam  kampaniyalarından biri olan layihəsində  , gerçək iPhone 6 istifadəçilərinin çəkdikləri fotoşəkilləri nəhəng billboard'larda nümayiş etdirdi.

 

Reklamverən: Snickers
Reklam Agentliyi:
 BBDO New York

"Ac ikən sən sən deyilsən" şüarıyla davam etdirdiyi kampaniya çərçivəsində bir çox reklam filminə imza atan Snickers, bu dəfə "You make mistakes when you'RE Hungry / ac ikən səhv edərsən" reklam sloqanıyla böyük uğur qazandı. 

 

Reklamverən: Nivea
Reklam Agentliyi: FCB Brazil

Nivea, isti yay günlərində üzlərinə krem vurulmadıqda qızaran kuklalarıyla, insanlara günəş altında qalmanın zərərlərini göstərdi və kremlərinin satışıyla rekord vurdu.

 

Reklamverən: Depaul
Reklam Agentliyi: Publicis Londra

Evsizlərə göstərdiyi yardımlarla tanınan beynəlxalq xeyriyyə təşkilatı Depaul, Nightstop adını verdiyi könüllülük hərəkətini daha geniş kütlələrə çatdırmaq üçün küçəyə çıxdı və İngiltərədəki divar künclərinin cüt tərəfinə, oxuyan adamın dünya görüşünə görə dəyişən müxtəlif hekayələr yazdı.

 

Reklamverən: McDonald’s
Reklam Agentliyi: Cossette Vancouver

McDonalds səhər yeməyi olan yeni məhsulu Egg McMuffin'in təqdimatı üçün günəşin doğmasıyla sinxronizasiya olaraq dəyişən və sözün tam mənasıyla olduğu küçəyə günəş kimi doğan bir rəqəmsal billboard hazırladı.

 

Reklamverən: Sky Atlantic, Fortitude

Qütblərdəki kiçik bir qəsəbədə keçən Fortitude serialının təqdimatı üçün reklam kampaniyasına başlayan Millennium Fx və Taylor Herring, texnologiyanın bütün yeniliklərindən istifadə edərək yaratdıqları bir qütb ayısını London küçələrinə kəşfiyyata göndərdilər.

 

Reklamverən: Don Giulio Salumeria

Rusiya, Avropa Birliyindən gələn qidaların ölkəyə girməsini qadağan etdi. Yeni qərarla çətin günlər yaşayan İtalyan market Don Giulio Salumeria, polis formasını tanıyan və yaxınına bir polis gələn kimi dəyişən açıq hava reklamıyla İtalyan məhsullarını satmağa davam etdi.

 

Reklamverən: Forever 21
Reklam Agentliyi:  Breakfast

Geyim mağazası Forever 21, Breakfast  reklam agentliyi və təxminən bir tonluq xüsusi bir maşının vasitəsi ilə 6 min 400 metr iplikdən istifadə edərək  Instagram fotoşəkillərini bilbordunda əks etdirdi.

 

Reklamverən: Medcom
Reklam Agentliyi: P4 Ogilvy & Mather

İnsanların küçələrdəki çuxurlardan necə əziyyət çəkdiklərini göstərmək üçün, yollarda quraşdırılan elektronik cihaz vasitəsi ilə çuxura düşən hər  avtomobil üçün əlaqədar orqanlara tweet atdıran sosial  reklam kampaniyası.

Mənbə:mediacatonline.com

Baxışların sayı: 336