Onlara keyfiyyəti ver.Bu reklamın ən gözəl tərəfidir-Milton Hershey
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Küçə reklamı

Samsung-un "növbəti nəhəng"-i, "Galaxy S7 edge" modelinin reklam maketi oldu.23 May, 2016

Samsung, 'Next Big Thing', (Növbəti nəhəng) şüarını bu dəfə də reklam lövhəsi olaraq qarşımıza çıxardı. Telefonlarının reklamlarında daim bu şüardan istifadə edən Samsung, Galaxy S7 edge üçün hazırladığı reklam qurğusu  ilə də  Avropadakı ən böyük reklam yerinin  sahibi oldu.

Rusiyanın paytaxtı  Moskva şəhərində, bir ofis binasının yan tərəfində yerləşdirilən bu nəhəng reklam lövhəsi, üzərindəki LED işıqlandırıcı panellərin köməyi ilə nəhəng bir telefonmuş kimi görünür. Panoda cihazın logosuyla birlikdə ön tərəfində olan Home düyməsi, kamera və qulaqlıq da aydın görülür.

80 metr yüksəkliyi və 40 metr eni olan bu reklam lövhəsi, olduğu yerdən 2.2 km uzaqlıqdakı `Gidroproekt` binasından belə asanca görünür. “Samsung” şirkətinin apardığı analizə görə reklamın olduğu yerdən gündə ən az 800 min adam gəlib keçir. 

Mənbə: webtekno.com

Baxışların sayı: 220