“Böyük ideyalar-adətən sadə ideyalardır.” - D. Ogilvi
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Küçə reklamı

Renault küçə reklamında ən son texnologiyalardan istifadə edəcək.13 İyul, 2016
Renault Megane avtomobilinin reklam-tanıtım kampaniyası çərçivəsində şirkət London küçələrində kreativ aksiya keçirib. Belə ki, DOOH sistemi sayəsində reklam bilbordu ən yaxın işiqforda dayanan avtomobilin markasını, rəngini, sinifini və nömrəsini skan edərək avtomobil və sürücü haqqında olan məlumatları ümümi məlumat bazasından əldə edir. Bu məlumatlardan istifadə edərək avtomobilin bilborda yaxınlaşdığı anda məhz ona yönəlmiş elan yazısı ekrana gəlir. "Gümüşü hatchback sürücüsü salam, sənin üçüm M hərfi ilə başlayan özəl bir şey tapmişam ..." Sistem hədəf kütləsi olaraq 25-34 yaşlı uğurlu və lüks həyat keçirən kişiləri əsas götürür və yönləndirilmiş yazıları yalnız onlara göstərir. Bununla da, reklam yalnız şirkətin istədiyi qrup insanlara təqdim olunur.
Kreativ ideyanın hazırlanması Talon Outdoor və Manning Gottlieb OMD-yə, elektron bilbordların istehsalı isə Ocean Outdoor-a məxsusdur.
Baxışların sayı: 210