“Böyük ideyalar-adətən sadə ideyalardır.” - D. Ogilvi
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Küçə reklamı

Avtomobillərin qeyri-adi və maraqlı küçə reklamları18 Noyabr, 2016

Avtoistehsalçıların 15 ən maraqlı və qeyri-adi reklam layihələrini Sizlərə təqdim edirik:

 

Almanların almanlarla döyüşü:

 

2003 ildə avropada bəbir şəkilli BMW Х5 zebra şəkilli Mercedes ML krossoverin arxasınca düşdüyünü əks etdirən billbord yerləşdirilmişdi.

 

 

BMW reklam kampaniyası

 

Mercedes reklamçıları da rəqiblərinə borclu qalmayaraq, daha zərif plakatla cavab verdilər: “Mersedes də zövq yaşada bilər”

 

Mercedes-in reklam kampaniyası

 

BMW-nin növbəti hədəfi Audi oldu. Brendlər bir birinin qarşısında “Dünya Avtomobili”, “İlin Avtomobili” müsabiqələrində qalib olmaları ilə öyünərkən, Bentley onlara belə cavab verdi:

 

 

Bentley-nin reklam kampaniyası

 

Lakin 2007 ildə BMW və Audi arasında yeni mübarizə başladı. Brendlər açıq şəkildə bir birini tənqid etməyə sonra isə ABŞ-da bir birinə müraciət olunan qeyri adi billboardlar yerləşdirməyə başladılar. Audi BMW-yə növbəti addım atmağı təklif edir, o isə öz növbəsində rəqibə çöl reklamı vasitəsilə “şah” və “mat” elan edir.

 

 

 

Audi şahmat mövzusunu davam etdirərək R8 sportkarın yanında belə bir yazı yerləşdirir: “Sizin piyada – bizim krala rəqib ola bilməz”

 

 

 

Audi reklam kampaniyası

 

BMW marketoloqları oyunu dirijablın köməyi ilə bu şəkildə bitirdi:

 

BMW-nin cavabı

 

Qeyri-adi dizaynlar

 

Lakin, avtomobil markalarının böyük əksəriyyəti öz avtomobillərini digər avtomobil növləri ilə müqayisə etməyərək, gücünü, öz nailiyyətləri və üstünlükləri ilə diqqətə çatdırır.

 

Məsələn, Team Detroit agentliyi Ford Mustang 2010 modeli üçün avtomobilin imkanlarını əks etdirən billboard hazırlayıb. Tüstü qurğusu konstruksiyanın arxasına bərkidilərək, Woodward Dream Cruise avtomobil şousunun ziyarətçilərini heyrətə gətirmişdi.

 

 

 

Yapon şirkəti olan Mitsubishi i-Miev avtomobili üçün qeyri adi reklam lövhəsi hazırlayır. Lövhə elə hazırlanıb ki, elə bil billboard elektrokarın köməyi ilə işıqlandırılır.

 

Mitsubishi-nin reklam kampaniyası

 

İtalyan avtobrendi Alfa isə reklam kampaniyasını texniki xarakteristikalar üzərində deyil, qiymət üzərində qurdu. İstehsalçı Brüssel sakinlərinə avtomobillərinin satış elanını birbaşa dayanacaqda yerləşdirməyi və daha ucuz Alfa Romeo almağı təklif etmişdir.

 

 

Alfa Romeo-nun reklam kampaniyası

 

BMW konserni MINI Countryman modelinin təqdimatına əməlli başlı hazırlaşmışdı. İtaliyada avtomobilin yüksək keyfiyyətlərini əks etdirən qeyri adi konstruksiya quraşdırılmışdı.

 

MINI Countryman reklam kampaniyası

 

Smart

 

Kompakt Smart avtomobillərinin istehsalçisı tərəfindən edilən reklam kampaniyaları da diqqətə layiqdir.

 

Məsələn, Kanadada BBDO agentliyinin nümayəndələri billboard əvəzinə avtomobilin özünü küçəyə yerləşdirərək, yumor hissi ilə qeyd etmişlər: Smartı ən dar yerlərə belə sıxışdırmaq olar.

 

 

Smart-ın reklam kampaniyası

 

Velosiped qıfılı ilə dirəyə birləşdirilmiş daha bir avtomobil, belə bir mesaj verir: Smart da demək olar ki, velosiped kimi yığcamdır.

 

Smart-ın reklam kampaniyası

 

2007 ildə Daimler AG konserni Smart avtomobilini polad korpusla istehsal etməyə başladı. Contrapunto komandası bunu istehlakçılara bu şəkildə çatdırmağa çalışdılar:

 

Smart-ın reklam kampaniyası

 

Smart Fortwo Brabus modelinin buraxılışı zamanı Hollandiyada Rotterdam körpüsündə qeyri adi billboard yerləşdirildi. Körpü açılarkən adama elə gəlirdi ki, avtomobil havada iki yol arasında şütüyürdü.

 

Smart-ın reklam kampaniyası

 

ABŞ-da isə Mercedes və Jaguar-ın iri reklam plakatları arasına yerləşdirilmiş Smart belə bir mesaj verdi: “Hər yerə yerləşir".

Smart-ın yığcam mini-billboard-ı

Smart-ın yığcam mini-billboard-ı

Mənbə:facemark.az
Baxışların sayı: 269