Siz yeni qaydalar deyil yeni fikirlər icad etmək istəyirsiniz - Dan Heath
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

TRENDLƏR

Nivea’dan oyuncaqlı kampaniya08 İyun, 2015

Yay gəldi! Təbiidir ki, insanlar rahatlamaq, gündə qaralmaq üçün dəniz sahillərinə üstünlük verir.Lakin günəşin zərərli şüalarından qorunmaq da lazımdır. Əsasən də uşaqların diqqətini bu yönə çəkmək üçün yaradıcı bir üsul tapmaq lazımdır.

Oyunlarını buraxmaq istəməyib kremlənməkdən qaçan uşaqları nəzərə alan Nivea , onlara günəşdən qorunmanın əhəmiyyətini göstərmək üçün yeni bir oyuncaq körpə hazırlayıb. Nivea heyətinin uşaqlara payladığı ultrabənövşəyi şüalara həssas oyuncaqlar  üzərlərinə günəş kremi çəkilmədiyi üçün günəş şüasına məruz qaldığında qızarır.Oyuncaqlarını əvvəlki vəziyyətə qaytarmaq üçün kremləmək məcburiyyətində qalan uşaqlar isə , beləliklə günəş kreminin dəri üçün əhəmiyyətini öz gözləriylə görmüş olur.

 

 

Mənbə: mediacatonline.com

 

Baxışların sayı: 384