Real zaman zehniyyətdir. Sosial media isə onun aləti - David Meerman Scott
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

TRENDLƏR

2016-cı ildə loqo dizaynında trendlər28 Yanvar, 2016

Logomachine dizayn komandası 2016-cı ildə aktual olacaq əsas trendləri seçib.

Line Art: Line Art sadə, təmiz və zövqlüdür. 2015-ci ildə aktual olan Line Art bu il də aktual olacaq. Line Art qabaqcıl və cəsarətli markalara yaraşan bir tərzdir.

 

 

Letterstaking: Letterstaking düzbucaqlının içərisində yerləşən hərflərdən ibarət dizayndır. Bu üsul 1996-cı ildə istifadə olunurdu. İndi isə ikinci dövrünü yaşayır. Bu stil iddialı markalar üçün məsələn, gənc geyim markası və ya butiki kimi brendlərə daha çox uyğundur.

 

 

Mətn loqosu: Sonsuz klassika – yazı tipinə vurğu. Məsələn, Googleun yeni loqosuna diqqət edin. Nə qədər sadədirsə bir o qədər də mükəmməldir. Bu həm 2016-cı ildə həm də bütün dövrlərdə trenddir.

 

 

Minimalizm: Hər zaman qiymətləndirilən daha bir ağıllı trend. Sadəlik və minimalizm hər il daha da aktual bir hala gəlir və ildən ilə ona qarşı təlabat artır. Auditoriya anlamağa başlayır ki, dizayn mətnin arxasındakı kölgə və göy qurşağı qradiyenti deyil. Əlavə heç nəyin olmaması bəlkə də ən yaxşı dizayn deməkdir.

 

 

Hand Made: Hand made əl işi loqoları nə qədər kompüterdə hazırlanmış olursa olsun onların qüsurları diqqət çəkir. Belə bir stil auditoriya ilə dostluq münasibətləri saxlayan bütün brendlərə uyğundur.

 

 

Mənbə: facemark.az

Baxışların sayı: 499